Conson Lavrovdan yazdı: Yarıerməni, yalançı, "Ser Gey"…

13/10/2024 - 07:29

Böyük Britaniyanın keçmiş baş naziri (2019–2022) “Azad olunmuş” adlı xatirələr kitabında 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün təfərrüatını yazıb. Kult.az xəbər verir ki, həmin vaxt Conson xarici işlər naziri vəzifəsini tuturdu və bu, Britaniyanın xarici işlər nazirinin son beş ildə Rusiyaya ilk səfəri idi. Səfər uzun müddətə təxirə salınmışdı - Lavrov 2016-cı ilin dekabrında Consonu Moskvaya dəvət etmişdi, lakin 2017-ci ilin aprelində London səfəri Rusiyanın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam etdiyi üçün ləğv etmişdi. Nəticədə Conson 2017-ci ilin dekabrında Rusiyaya gələ bildi. Consonun sözlərinə görə, Suriyadakı vəziyyət görüşün əsas mövzularından biri olmalı idi. “Mənim səfərimin məqsədi odur ki, bir kənarda oturub, bir-birimizdən şikayət etmək olmaz. Biz əməkdaşlığı gücləndirə biləcəyimiz sahələri axtarmalı və tapmalıyıq”, - deyə Conson Lavrovla birgə mətbuat konfransında bildirmişdi. Oktyabrın 10-da dərc olunan xatirələrində Conson yazır ki, o, Moskvaya “yaxşı bir şey olacağına çox inamsız” şəkildə getmişdi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeganə Rusiya idi ki, Londonla ardıcıl dialoqu yox idi. O, Lavrovu belə təsvir edir: “Ucaboy, bir-birinin ardınca siqaret çəkən, yarıerməni, tünd və özündən məmnun”. Conson qeyd edir ki, Lavrov çarlıq dövründən bəri Rusiyanın ən uzun müddət vəzifədə olan xarici işlər naziridir: “Dövrümüzün Qromıkosu – sofistliyi, qaçaqlığı və yalanları ilə Rusiyanın xarici siyasətinin yorucu təcəssümü”. “Mən Ser Gey deyiləm, - Sergey (Lavrov) biz əl sıxışanda dedi: - Ser Geylər sizin Xarici İşlər Nazirliyindədir. Rusiya naziri görüşə belə başladı. Banal ikitərəfli görüş sözün əsl mənasında qızmar şam yeməyi ilə davam etdi. Lavrov məni alovlu kaminin qarşısında oturmağa məcbur etdi, o qədər isti idi ki, məndən tər axdı, sanki o, Viktoriya məktəbində sinif yoldaşına əzab verən sinif nümayəndəsi idi… Görüş heç bir nəticə vermədi. Biz Suriya və ya Ukrayna ilə bağlı heç bir razılaşmaya yaxın deyildik və mən Litvinenkonun adını çəkəndə o, xaç çəkdi və gülümsədi. Dedi ki, İsanı yəhudilər öldürdü, lakin bu o demək deyil ki, biz İsraillə münasibətdən əl çəkməliyik”. “Əsas fakt ondan ibarət idi ki, Rusiya iyirmi il əvvəlkindən çox fərqli bir yerdə idi; o, artıq sadəcə məğlub olmuş Soyuq müharibə gücü deyildi”, - deyə Conson yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30