DATÜB-ün nümayəndə heyəti Ukraynadan Elazığa gətirilən Axısxa Türkləri ilə görüşdü - FOTO

03/12/2022 - 17:41

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş Katibi Fuat Uçar, Birliyin Ukrayna nümayəndəliyinin rəhbəri Marat Rəsulov, “Ahıska” qəzeti və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, DATÜB Qadınlar Təşkilatının sədri Refika Muhammedgil, DATÜB Baş katibinin müavini Medine Aznavur, DATÜB Türkiyə Qadınlar Təşkilatının rəhbəri Gülmira Elisegildən ibarət nümayəndə heyəti Ukrayna müharibəsi səbəbiylə Türkiyəyə gətirilən 88 nəfər Axısxa Türkü ilə görüşüblər.

Qafqaz.media bu barədə DATÜB-ün Mətbuat Xİdmətinə istinadən xəbər verir.

Görüş zamanı sənədsiz soydaşlarımızın təxliyyə prosesi, onların Elazığdakı Aşağıdəmirtaş müvəqqəti məskunlaşma məkanında məskunlaşmaları və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Rusiyanın icazə verməməsi nəticəsində 18 gün sərhəddə gözləməli olan sənədsiz 88 nəfər axısxalı Türkiyənin dövlət qurumları və DATÜB-ün ortaq işbirliyi nəticəsində Elazığın Aşağıdəmirtaş konteyner şəhərinə gətirilərək, orada məskunlaşdırılıb.

Şəhərcikdə məskunlaşan Axısxa Türkləri görüş zamanı onlara göstərdikləri qayğı və diqqətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, xarici işlər naziri Mövlud Çavuşoğluna, Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Müdirliyinə, Dünya Ahıska Türkləri Birliyinin Başaqnı Ziyəddin Kassanova və əməyi keçən hər kəsə təşəkkür ediblər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12