Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

17/04/2024 - 10:26

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İmişlidə ev yandı - Video
13/05/2024 - 16:43