Dünya bazarlarında neft bahalaşıb
18/04/2024 - 10:31
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 87,52 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,15% artaraq 1 barelə görə 82,81 ABŞ dolları təşkil edib.