Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib
Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.
Bu barədə "APA-Economics" Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.
DB-nin proqnozuna əsasən, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən
35 dollar azdır.
Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 % , 2025-ci ildə isə 1,7 % azalacaq.
Qeyd olunur ki, 2023-cü ildə 1 ton buğdanın qiyməti 340 dollar olub, bu da 20,8 % azalma deməkdir.