Rejissor Mehriban Ələkbərzadə Heydər Əliyevin 100 illiyi " yubiley medalı ilə təltif olunub

08/05/2024 - 16:30

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi , Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Zaur qızı Ələkbərzadə " Heydər Əliyevin 100 illiyi ( 1923- 2023)" yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə “Heydər Əliyev İli” ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq təsis olunub. 

Biz də öz növbəmizdə dəyərli Mehriban xanımı təbrik edirik. Yeni uğurlar arzulayırıq!!!

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Səhnəmizin Səməndəri
19/05/2024 - 04:57
Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49