Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb - EKSKLÜZİV
29/04/2024 - 17:27
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə Fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 mlrd. 499 mln. dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8% artırıb.
Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-in investisiya portfelində qızılın payı 13,2% təşkil edib.