Mərkəzi Bankın valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artıb

02/05/2024 - 09:58

Bu il may ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.05% və ya 6.4 milyon ABŞ dolları artaraq 11 milyard 660 milyon ABŞ dollarına çatıb.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 26.9% və ya 2 milyard 471.6 milyon ABŞ dolları artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 189.2 milyon ABŞ dolları təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti ucuzlaşdı
01/05/2024 - 09:29
Qızıl cüzi bahalaşdı
18/04/2024 - 10:46
Unla bağlı yenilik olacaq
18/04/2024 - 10:40
Neft bahalaşmaqda davam edir
01/04/2024 - 20:29
Neft bahalaşıb
30/03/2024 - 20:56