AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

07/05/2024 - 10:03

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

APA-Economics” xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

     

    Reklamınızı SmartBee ilə effektiv edin.

    Bakıdan Dubaya aviabiletlərin qiyməti

    Bir tərəfə:

    Gecə reysləri – 88 avrodan

    Səhər reysləri – 108 avrodan

    Gediş-dönüş:

    Gecə reysləri – 168 avrodan

    Səhər reysləri – 208 avrodan

    Dubaydan Bakıya aviabiletlərin qiyməti

    Bir tərəfə:

    Gecə reysləri – 348 dirhəmdən

    Səhər reysləri – 428 dirhəmdən

    Gediş-dönüş:

    Gecə reysləri – 666 dirhəmdən

    Səhər reysləri – 828 dirhəmdən

    Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

    Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ