Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub

10/10/2024 - 18:50

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərində olub. Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Səfər çərçivəsində Mətin Kərimli Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşərək fikir mübadiləsi aparıb. Səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib. Görüşdə Mətin Kərimli regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin mühüm rola malik olduqlarını diqqətə çatdırıb. Görüş zamanı şagirdlərin nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb. Mətin Kərimli Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində də iştirak edib. Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Əliyeva, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Açılış mərasimində çıxış edən Mətin Kərimli Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəbdə 1200 şagirdin yüksək keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradıldığını bildirib. Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün təhsil ocaqlarının müasir infrastruktura malik şəkildə şagirdlərə xidmət göstərəcəyinə əminliyini bildirən Aparat rəhbəri şagirdlərin yaxşı təhsil almasında müəllim və valideyn rolunun vacibliyinə də toxunub. Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edilib ki, məktəb 1176 şagird yerlikdir. Məktəbdə 57 sinif otağı, 2 informatika kabineti, 2 idman zalı, 1akt zalı var. Hazırda təhsil ocağında 543 şagird təhsil alır. Məktəbdə tədrisi həyata keçirən müəllimlərin sayı 48, texniki işçilərin sayı 20 nəfərdir. Bundan başqa, məktəbin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri ilə də görüş keçirilib, onlara uğurlar arzulanıb. Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetini ziyarət edən Mətin Kərimli ali təhsil müəssisəsinin yeni kampusunun tikinti işləri, eləcə də universitetdə mövcud tədris şəraiti ilə tanış olub. Tədris prosesini izləyən Mətin Kərimli tələbələrə gələcəkdə yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq üçün tövsiyələrini verib. Mətin Kərimli əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqların qazanılmasının müasir təhsil sistemindəki önəmini vurğulayıb. Universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə sözügedən ali təhsil müəssisəsinin regionun inkişafında mühüm rol oynadığı və bu təhsil ocağının yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusilə vurğulanıb. Mətin Kərimli universitetin gələcək inkişaf strategiyasına dair tövsiyələrini bölüşərək təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün fikirlərini bölüşüb. Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olubElm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olubElm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olubElm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olubElm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37