Ermənistan-Türkiyə sərhədləri nə vaxt açılacaq?

01/08/2024 - 13:58

"Ermənistan və Türkiyə sərhəddəki keçid məntəqəsinin açılması ilə bağlı siyasi qərar verməlidir".Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan deyib. O, jurnalistlərə xatırladıb ki, keçid məntəqəsi çoxdan üçüncü ölkə vətəndaşlarına xidmət göstərməyə hazırdır və əslində bu, İrəvan və Ankaranın razılaşdığı məsələdir. Bununla belə, Badasyan vurğulayıb ki, açılış qərarının nə vaxt veriləcəyini bilmir, çünki bu onun səlahiyyətində deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10