Ermənistanda deputat mandatının ləğvi üçün müraciət edib

06/08/2024 - 12:21

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyan səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edib. APA-nın xəbərinə görə, bu barədə xəbər erməni “telegram” kanallarında yayılıb. Parlament sədrinin köməkçisi Movses Arutunyan qanunverici orqana belə bir müraciətin daxil olduğunu təsdiqləyib. Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Rusiyadakı səfir Vaqarşak Arutunyanı yaxın vaxtlarda geri çağıracağı barədə xəbər yayılıb. Bildirilib ki, rəsmi İrəvan bu vəzifəyə deputat Qurgen Arsenyanı təyin etmək niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10