Ermənistanda hərbi hissə yandı, 15 hərbçi öldü, daha 3 nəfərin vəziyyəti ağırdır - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

19/01/2023 - 08:21

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır. 

***

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Hadisənin səbəbi müəyyənləşdirilir.