Ermənistanda marixuana “fabriki” - İfşa olundular

24/08/2024 - 06:17

Ermənistan hüquq-mühafizə orqanları kirayə götürülmüş fərdi evdə quraşdırılmış çətənə və marixuana istehsalı kompleksi aşkarlayıb. Publika.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Kompleksi 38 yaşlı Rusiya vətəndaşının rəhbərlik etdiyi cinayətkar qrup idarə edib. Qrupa həmçinin Koreya vətəndaşı, o cümlədən Ermənistan vətəndaşı olan qadınlar daxil olub. Evə baxış zamanı 200-dən bir qədər çox çətənə kolu, 3 kq 30 qram qurudulmuş çətənə və 59,09 qram marixuana, həmçinin “istehsalat avadanlıqları” - ultrabənövşəyi lampalar, havanın rütubətini tənzimləyən cihazlar və s. aşkar edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24