Ermənistanda Rusiya bayrağı təhqir olundu - HÖKM

31/07/2024 - 10:08

İrəvanda Rusiya bayrağının atributlarını təhqir edən Samvel Şirinyanın işi üzrə məhkəmə qərar çıxarıb. Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır. Bildirilir ki, Samvel Şirinyan ER Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ER Cinayət Məcəlləsinin 84-cü maddəsinin tətbiqi ilə Samvel Şirinyana təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməyib, 3 il sınaq müddəti təyin edilib. Xatırladaq ki, Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov İrəvanda Leninqradın mühasirəsi zamanı həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəyə qarşı hörmətsizliklə bağlı iş üzrə Ermənistan Baş prokuroruna vəsatətlə müraciət etmişdi. Samvel Şirinyan Gürcüstanla sərhəddə - Baqrataşen keçid məntəqəsində yaxalanmışdı. O, sərhədi keçmək istəsə də, hüquq-mühafizə orqanları onun qaçmasının qarşısını ala bilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ