Faktiki hava AÇIQLANDI

30/07/2024 - 12:25

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 30-da saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 29-da axşam saatlarından tədricən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib. Düşən yağıntının miqdarı Göygöldə 29 mm, Şəmkirdə 23 mm, Şəkidə 14 mm, Gəncədə 12 mm, Goranboyda 9 mm, Naftalan, Daşkəsən, Qax, Tərtər, Gədəbəy, Lerik, Cəfərxan, Oğuz, Qəbələ, Zaqatala, Tovuzda 7 mm, Bakıda və Abşeron yarımadasında bir mm-dək olub. İyulun 29-da şərq küləyinin sürəti arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 18 m/san-yə çatıb. Şəmkir, Daşkəsən, Göygöl, Göyçay, Qax, Lerik, Cəfərxanda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 18-22 dərəcə isti olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ