Faktiki hava açıqlanıb - YENİLƏNİB

19/10/2024 - 20:23

Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə gprə, oktyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəranda yağış yağır. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 18 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

 

***

10.38

 

Oktyabrın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala(Əlibəy) rayonunun dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq, Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ, Şəkidə (Kişçay) 18 mm, Altıağac, Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir, Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad, Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib. Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay, Lerikdə duman müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37