Bu rayonlarda 12 dərəcə şaxta oldu

03/02/2025 - 10:10

Fevralın 3-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Qafqaz.Media Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
01/02/2025 - 12:13