Fitch: Qasırğa səbəbilə ABŞ-da sığortalanmış zərər 100 milyard dolları keçəcək

11/10/2024 - 07:18

ABŞ-ın Florida ştatınında Milton qasırğasının səbəb olduğu dağıntılar ABŞ-da bu il sığortalanmış zərərin ümumi həcminin 100 milyard dolları ötməsinə gətirib çıxaracaq. APA xəbər verir ki, bu haqda “Fitch Ratings”in hesabatında deyilir. “Milton qasırğasının nəticələri də daxil olmaqla sığortalanmış itkilər 2024-cü ildə 100 milyard dolları keçəcək. Bu həddi artıq beşinci ildir ki, aşıb”, - deyə hesabatda bildirilir. Qurumun hesablamalarına görə, Miltonun özündən sığortalanmış zərər 30-50 milyard dollar təşkil edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30