ƏFQANISTANDA QIZLARIN UNİVERSİTETLƏRƏ BURAXILMAMASINA ETİRAZ - Oğlanlar da dərsləri boykot etdilər / VİDEO

25/12/2022 - 10:45

Əfqanıstanda ali məktəbdə oxuyan oğlan tələbələr “Taliban”nın qızların universitetlərə buraxılmaması ilə bağlı göstərişinə etiraz olaraq aksiyalar təşkil ediblər.

Belə ki, bu gün Əfqanıstanın Bəlx vilayətində oğlan tələbələr üç universitetdə imtahanları boykot ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülər həmin üç universitetdən biri olan, Məzari-Şərif şəhərində yerləşən Əfqan Pamir Özəl Universitetində çəkilib.

Oxşar aksiyalar Bəlx Dövlət Universitetində və Mövlana Cəlaləddin Məhəmməd Bəlxi adına universitetdə baş tutub.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatlı dörd səbəb irəli sürərək qadınların universitetlərdə təhsil alması qadağan edib.

Mənbə: "Sputnik Əfqanıstan"