Fransanın müdafiə xərcləri 2025-ci ildə 50,5 milyard avroya yüksələcək

11/10/2024 - 07:26

Fransa Silahlı Qüvvələrinin xərclərinin gələn il 50,5 milyard avroya qədər artacağı gözlənilir. APA xəbər verir ki, bu barədə AFP respublikanın büdcə layihəsinə istinadən məlumat yayıb. Məlumata görə, Fransa hökumətinin 2025-ci il üçün hazırladığı büdcə layihəsində müdafiə xərclərinin 3,3 milyard avro artırılması nəzərdə tutulur. Fransa 2017-ci ildən bəri bu sahəyə ayırdığı pulu dayanmadan artırır və bu məblığ 2030-cu ilə qədər 67,4 milyard avroya çata bilər. AFP-nin qeyd etdiyi kimi, silah proqramına xərclənən pulun 16% artaraq 10,6 milyard avroya çatdırılması planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30