Gəncə-Bakı yolunu sel basıb, yol bağlanıb, alternativ yolda torpaq sürüşməsi olub - FOTO - VİDEO - YENİLƏNİB

29/07/2024 - 11:19

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilməsinə başlanıb.

     

    ***

    10.35

    Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

    APA-nın yerli bürosunun məlumatına görə, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

    Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

    ***

    08.51

    Gəncədə sel ciddi fəsadlar törədib.

    APA-nın yerli bürosunun məlumatına görə şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub.

    Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.

    Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ