Göyçayda qətlə yetirilən 26 yaşlı Hüseynin FOTOSU

15/08/2024 - 18:36

Xəbər verdiyimiz kimi, bu gün saat 04 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlu bıçaqlanaraq öldürülüb. Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə mübahisə zəminində baş verib. Qətldən bir qədər əvvəl Hüseynin 17 yaşlı oğlanla münaqişə etməsi və onu vurması bildirilib. Bundan sonra bıçaq götürən 2007-ci il təvəllüdlü oğlan geri qayıdaraq onu qətlə yetirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 26 yaşlı Hüseynin fotosunu təqdim edirik.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ