Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var

15/09/2024 - 09:12

Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində qəza baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədovdur. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ