Güclü külək Bakıda 15 ağacı aşırıb - VİDEO

09/02/2023 - 09:44

Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Bu barədə "Report"a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları ziyan dəyən ağacların 4-nün sınmış hissələrini budayıb, 11 ədəd ağac isə kəsilərək götürülüb və ərazi təmizlənib.