Güclü leysan nəticəsində İsmayıllı-Lahıc yolu bağlanıb - YENİLƏNİB

12/06/2024 - 10:53

Ötən gün axşam saatlarından başlayan leysan xarakterli yağış və güclü külək İsmayıllının Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, Lahıc və digər kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

    Güclü külək və yağış səbəbindən torpaq qatı, iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun dağlardan keçən hissəsinə tökülüb. Hazırda yol hər iki istiqamətdə bağlı olduğundan avtomobillər yolda qalıb.

    Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Yolun hərəkət hissəsində olan qaya parçaları, lil qatının təmizlənməsi işləri həyata keçirilir.

    Hazırda yağış davam edir, çaylarda suyun artması müşahidə olunur.

     

    ***

    10.14

     

    Dünən gecə saatlarında başlayan güclü leysan yağışları İsmayıllıda bəzi fəsadlara səbəb olub.

    APA-nin Şirvan bürosu xəbər verir ki, güclü leysan yağışları nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda 20 kəndə elektrik enerjisi fasilələrlə verilir.

    Bir sıra kəndlərdə isə enerji verilişi dayanıb.

    Bundan başqa, Lahıc kənd yolunda gediş-gəlişdə problemlər yaranıb. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ