GÜNLƏRDİR RUSİYA SƏRHƏDİNDƏ GÖZLƏYƏN AXISXA TÜRKLƏRİ HAQDA SON AÇIQLAMA… - Çavuşoğlu Rusiya rəsmiləri ilə danışıb…

10/11/2022 - 22:51

Ukraynadan Türkiyəyə təxliyyə edilmələrini gözləyən Axısxa Türklərinin günlərdir Rusiya sərhədində gözlədildiyi haqda məlumat vermişdik. Qeyd etmişdki ki, Rusiya rəsmiləri 109 nəfər Axısxa Türkünün Gürcüstan vasitəsilə qardaş Türkiyəyə keçməsinə icazə vermədiyindən, onlar çətin duruma düşüblər. Doğrudur, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) onların problemləri ilə yaxından məşğuldur. Amma təəssüflə qeyd edirik ki, hətta Türkiyə rəsmilərinin də bu məsələyə müdaxiləsi hələlik heç bir müsbət nəticə verməyib.

Qafqaz.media Dünya Ahıska Türkləri Birliyinin Baş Qərargahına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı DATÜB Başqanı Ziyəddin Kassanovla danışıb. Söhbət zamanı Çavuşoğlu Xersondan təxliyyə edilmələrini gözləyən Axısxa Türklərinin problemləri ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə yaratdığını bildirib. Nazir günlərdir sərhəddə gözləyən şəxslərin son siyahısının ruslara təqdim edilməsini istəyib. DATÜB Baş Qərargahı qurumun Ukrayana Nümayəndəliyi ilə birlikdə dərhal siyahını hazırlayaraq, Türkiyə Cümhuriyyətinin Moskvadakı səfirliyinə təqdim edib.

“Ümid edirik ki, ən qısa zamanda müsbət nəticə əldə edəcəyik. Hörmətli nazirimiz Mövlud Çavuşoğluna və günlərdir bu məsələdə bizimlə bərabər çalışan, bizə dəstək olan Türkiyə Cümhuriyyətinin Moskvadakı səfirliyinə, eləcə də Türkiyənin Novorossiyskdəki Baş Konsulluğuna təşəkkür edirik”, - deyə qurumdan bildirilir.

DATÜB Baş qərargahından o da açıqlanıb ki, Rusiya sərhədində çətin vəziyyətdə qalan Axısxa Türklərinin ən qısa zamanda qardaş Türkiyəyə təxliyyəsini həyata keçirmək üçün, başda Ziyəddin Kassanov olmaqla, qurumun rəhbərliyi əllərindən gələni edir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12