Gürcüstanda onlarla deputat Saakaşvilini əfv etmək üçün prezidentə müraciət etdi

26/12/2022 - 20:13

Gürcüstan parlamentinin müxtəlif çağırışlardan olan deputatları, eləcə də gürcü siyasətçiləri prezident Salome Zurabişvilini Mixail Saakaşvilini əfv etməyə çağırıblar.

Qafqaz.media-nın məlumatına görə, Orbeliani sarayında keçirilən brifinqdə onlar bildiriblər ki, Saakaşvilinin sağlıq durumuna Kremldə hazırlanmış plana uyğun olaraq ciddi ziyan vurulub.

Bəyanatda deyilir ki, həkimlərin proqnozuna görə, bu, çox yaxın zamanda ölümcül nəticə baş verə bilər.

“Biz parlamentarilər Gürcüstanda ikinci dəfə prezidentin öldürülməsinə icazə verə bilmərik. Susmaq öldürür, susmaq cinayətdir”, - deyə bəyanatda vurğulanır.

Brifinqdə Vahid Milli Hərəkatın liderləri və digər müxalifətçilər də iştirak edib.

Parlamentarilər bəyanatı Prezident Administrasiyasına təqdim ediblər. Bəyanatı ümumilikdə 65 siyasətçi imzalayıb.

Qafqaz.media