“Əhalinin seçkidə iştirak etməməsi cəmiyyətdəki vəziyyətdən narazılığının əlamətidir” – Sabiq İran prezidenti

05/07/2024 - 11:36

“Ümid edirəm ki, hökumət xalqın mesajını alıb. Bu narazılıq yalnız iştirak etməyənlərə aid deyil. Seçkilərə qatılanların da çoxu narazıdır və dəyişiklik ümidi ilə səs verirlər”. “AzPolitika” xəbər verir ki, bunu İranın keçmiş prezidenti və islahatçıların lideri Məhəmməd Xatəmi ölkədə keçirilən prezident seçkisinin birinci turunda əhalinin 60%-dən çoxunun iştirak etməməsinə münasibət bildirərkən deyib.O, bildirib ki, bu, İslam İnqilabından bəri seçkidə ən aşağı iştirak səviyyəsidir. Sabiq İran lideri qeyd edib ki, əhalinin seçkidə iştirak etməməsi cəmiyyətdəki vəziyyətdən narazılığının əlamətidir.

Məhəmməd Xatəmi seçkilərin ikinci turuna keçən prezidentliyə namizəd təbrizli millət vəkili Məsud Pezeşkiana səs verəcəyini vurğulayıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10