Harris səhhəti ilə bağlı məlumatları ictimaiyyətdən gizlətdiyinə görə Trampı tənqid edib
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı uzun müddət tibbi müayinələrinin nəticələrini dərc etmədiyinə görə tənqid edib. APA xəbər verir ki, bu haqda o Vaşinqtondan kənarda yerləşən Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Aydındır ki, onun komandası, ən azı, amerikalıların onun kim olduğunu görməsini istəmir. Mənə aydındır ki, o və onun komandası amerikalıların həqiqətən onun nə etdiyini və prezident olmağa uyğun olub olmadığını görmələrini istəmirlər." – deyə Harris bildirib. Harris ictimaiyyəti onun mitinqlərini izləməyə və məsələ ilə bağlı düşünməyə çağırıb.