HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 pilotsuz təyyarəni vurub

21/08/2024 - 08:37

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Moskva istiqamətində uçan daha iki pilotsuz uçuş aparatını (PUA) məhv edib və nəticədə vurulan PUA-ların sayı 10-a çatıb. APA xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin öz “Telegram” kanalında məlumat verib. "Düşmən PUA-larının Moskvaya bütün hücumları uğurla dəf edildi. Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri bu gecə 10 PUA-nı vurub ", – deyə o bildirib. Sobyanin Moskvaya dronlarla bu gecəki hücum cəhdini bütün zamanların ən böyüklərindən biri adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57