Hizbullah İsraili yenidən bombaladı: ölü və yaralılar var

09/10/2024 - 19:05

İsrailin Livanla sərhədindəki Kiryat Şmona şəhəri atəşə tutulub. Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İsrailin şimalındakı Hayfa da Livan ərazisindən atəşə tutulub. İsrail ordusu ümumilikdə 60 mərmi atıldığını bildirib. Hücuma görə məsuliyyəti Hizbullah öz üzərinə götürüb. Qruplaşma bildirib ki, hücumun hədəfi İsrailin “Rafael” şirkətinin Hayfanın şimalındakı Zvulun bölgəsində yerləşən hərbi müəssisələri olub. Hücum nəticəsində 2 nəfər ölüb, yaralılar var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30