İdarəetməni itirən sürücü qəzada öldü

02/03/2024 - 22:20

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ