İngiltərənin şimalında etnik pakistanlılar iğtişaşlar törədib

19/07/2024 - 05:29

İngiltərənin şimalındakı Lids şəhərində etnik pakistanlıların iştirakı ilə iğtişaşlar baş verib. APA xəbər verir ki, bu barədə Talk TV məlumat yayıb. İlkin məlumata görə, iğtişaşlar hüquq-mühafizə orqanlarının ərazidə yaşayan bir ailədən 5 uşağı götürməsindən sonra başlayıb. Sosial xidmət əməkdaşlarının çağırışından sonra polis hadisə yerinə gəlib. Proseslər disfunksional ailədən olan uşağın qəsdən kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilməsi fonunda baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10