İqor Korotçenko: Şuşada keçirilən Qlobal Media Forumu dünyadakı media icması üçün yeni trendlər yaradır

21/07/2024 - 10:24

Qərb dövlətləri özlərinin geosiyasi rəqiblərinə qarşı qarayaxma, yalanın təbliğatı və dezinformasiya kampaniyaları aparır.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. O bildirib ki, Şuşa Qlobal Media Forumunda çoxsaylı ölkələrdən nümayəndələrin iştirakı Azərbaycana verilən önəmin göstəricisidir: "Şuşada artıq ikinci dəfədir keçirilən Qlobal Media Forumu müasir dünyadakı media icması üçün yeni trendlər yaradır. Bu gün dünyada feyk-xəbərin yayılması ilə bağlı çoxsaylı hallarla qarşılaşırıq. Xüsusən də Qərb dövlətləri özlərinin geosiyasi rəqiblərinə qarşı qarayaxma, yalanın təbliğatı və dezinformasiya kampaniyaları aparır. Bu gün bir sıra dövlətlər misilsiz enerji istehsalı və ixracı potensialına malik olan Azərbaycana qısqanclıqla yanaşır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ