İran sərnişin təyyarələrində bütün cihazları qadağan edib
Raket hücumundan sonra İsraildən cavab gözləyən İran uçuşların təhlükəsizliyini təmin etmək üçün sərnişin təyyarələrində cib telefonları istisna olmaqla bütün elektron rabitə qurğularının aparılmasını qadağan edib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspertlər İranın bu qərarının İsraildən kiberhücum gözləməsi ilə bağlı olduğunu deyirlər. İran Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazırlu açıqlamasında bildirib ki, uçuşların təhlükəsizliyini təmin etmək üçün cib telefonları istisna olmaqla, peycer və digər bütün elektron rabitə vasitələrinin sərnişin təyyarələrində aparılması qadağandır. Qadağanın təyyarənin yük və kabin hissələrini əhatə etdiyi bildirilir.