İsrailin Sərhəd Polisinin əməkdaşı Qüdsdə hücum nəticəsində yaralanıb

16/09/2024 - 01:12

Qüdsdə baş verən hücumda İsrailin Sərhəd Polisinin əməkdaşı yaralanıb. "Report"un məlumatına görə, bu barədə İsrail polisinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, insident Qədim şəhərin müsəlmanların yaşadığı məhəlləsinə aparan Dəməşq qapısında baş verib. 20 yaşlı polis əməkdaşı hücuma məruz qalıb, cinayətkar bıçaqla silahlanıb və ona yüngül xəsarət yetirib. Zərərçəkənə tibbi yardım göstərilib, o, xəstəxanaya çatdırılıb və huşunu itirib. Onun həyatı üçün təhlükə yoxdur. Mətbuat xidmətinin məlumatına görə, hücum edən şəxs digər sərhəd polisi tərəfindən yerindəcə güllələnərək öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30