İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu - FEDERAL ŞURA MƏLUMAT YAYDI
25/01/2023 - 23:50
İsveçrə Rusiyaya qarşı daha əvvəl Avropa İttifaqı tərəfindən təsdiq edilmiş doqquzuncu paketində yer alan sanksiyalara qoşulub.
Bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.
“Federal Şura sanksiyaların 9-cu raundu çərçivəsində bu yaxınlarda Avropa İttifaqının sanksiyalarına qoşularaq Rusiyaya qarşı yeni tədbirləri təsdiqləyib”, - deyə məlumatda vurğulanıb.