KİV: Ermənistan Rusiyadakı səfirini geri çağıracaq
13/07/2024 - 13:22
Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.APA-nın xəbərinə görə, bu barədə iddia ilə “Johovurd” qəzeti çıxış edib. Nəşrin əldə etdiyi məlumata görə, onu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan əvəzləyəcək: “Parlamentin iyulun 12-də keçirilən iclası Q. Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək”. Qeyd edək ki, yerli qanunvericiliyə əsasən Ermənistanda səfir postuna namizədi Prezident Baş nazirin təklifi ilə vəzifəyə təyin edir və ya geri çağırır.