KİV: Qəzzada, anklav üçün 135 minə qədər çadıra ehtiyac var
Qəzza zolağının soyuq havaların başlaması ilə əlaqədar Fələstin anklavında 100-135 min çadırın yerləşdirilməsin ehtiyac olduğu açıqlanıb. APA yerli mətbuata istinadən xəbər verir ki, bu barədə anklavın səlahiyyətliləri çağırış edib. Hazırda Qəzzada 543 müvəqqəti sığınacaq düşərgəsinin olduğu bildirilir. Səlahiyyətlilər bildirirlər ki, istifadə olunan çadırların 74%-i günəş işığı və küləyə məruz qalması nəticəsində yararsız vəziyyətə düşüb. Bu vəziyyət, vətəndaşların qış aylarında yaşayış şəraitinin daha da pisləşməsinə səbəb ola bilər. Səlahiyyətlilər, yeni çadırların təmin edilməsi ilə müvəqqəti sığınacaqlarda yaşayan insanların təhlükəsiz və daha rahat şəraitdə yaşamaqlarını təmin etməyə çalışırlar. Hazırda çadırların sürətli şəkildə yerləşdirilməsi üçün beynəlxalq təşkilatlarla əlaqələr gücləndirilir və yardım kampaniyaları təşkil olunur.