Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

19/08/2024 - 09:31

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ