KƏMALƏDDİN HEYDƏROVDAN YENİ TƏYİNAT - Qaraşovun yerinə Hüseynovu gətirdi + FOTO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Hüseynov Araz Müsafir oğlu vəzifəsindən azad edilib. "AzPolitika" "qaynariinfo" -ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.. Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub. Qeyd edək ki, 2021-ci ilin noyabr ayından Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşov Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirlikdə yüksək vəzifəyə təyin edilib. Həmin vaxtdan Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsi boş qalmışdı.