Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ

26/11/2024 - 10:45

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Güləş Əliyevin barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, hadisə 08 iyul 2023-cü ildə, saat 09 radələrində Noda-Şingədulan-Xanagah avtomobil yolunun Lerik rayonunun Şingədulan kəndinin ərazisindən keçən sahəsindən Molalan kəndinə ayrılan yolun başlanğıcında qeydə alınıb. Belə ki, Güləş Əliyev Molalan kənd yolunun təmirinə kəndin mərkəzindən, həmkəndlisi, zərərçəkmiş Əliəkbər Kərimov isə Şingədulan kəndinin ərazisindən, yolayrıcından başlanmasını istəməyib. Təqsirləndirilən şəxs çınqıl yükü ilə gəlmiş “KamAZ” markalı avtomobilin yükünü yolun başlanğıcında boşaltdırıb. Bu zaman hər iki şəxs arasında mübahisə başlayaraq dalaşıb. Sonra Güləş Əliyev yerdən götürdüyü daş parçasını təxminən 2-3 metr məsafədən Əliəkbər Kərimova ataraq qəsdən onun başına vurub. Nəticədə o, zərərçəkmiş açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10