Kolleclərə ixtisas seçimi bu gün başa çatır

05/08/2024 - 10:34

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. 5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir: Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər. Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ