Koronavirusla bağlı yeni İDDİA: Bizdən nələri gizlədiblər?

21/09/2024 - 17:59

ABŞ və Fransa alimləri tərəfindən aparılan yeni araşdırma Covid-19 epidemiyasının laboratoriya sızmasından deyil, bazarda satılan yoluxmuş heyvanlardan meydana gəldiyini iddia edir. Publika.az xəbər verir ki, alimlər 2020-ci ilin yanvar ayında Çinin Vuhan şəhərindən toplanmış yüzlərlə nümunəni təhlil ediblər. Nəticələr yenot itləri, misk pişikləri və bambuk siçovulları da daxil olmaqla, bir sıra heyvanları epidemiyanın potensial mənbəyi kimi göstərir. Bazar tövləsinin həm heyvanların, həm də koronavirusun mərkəzi olduğu vurğulansa da, araşdırmada qəti dəlil təqdim oluna bilməz. Lakin tədqiqat nəticələrində virusun bazarda meydana çıxması tezisini dəstəkləyən tapıntılar sıralanıb. Nümunələrdə ən çox rast gəlinən heyvan yenot iti olub. Təcrübələr bu heyvanın həm Covid daşıdığını, həm də ötürdüyünü ortaya qoyub. Tədqiqatçılar deyirlər ki, bu araşdırma virusun mənşəyinin heyvan olduğunu göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56