Litva Ukraynaya 40 zenit silahı və iki helikopter verəcək - 125 MİLYON AVROLUQ DƏSTƏK

20/01/2023 - 08:12

Litva Ukraynaya 40 zenit silahı və iki helikopter verəcək.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas tviterdə bildirib.

Nazir qeyd edib ki, yeni yardım paketinə zenit silahları, döyüş sursatı və iki "Mi-8" helikopteri daxildir. Paketin dəyəri 125 milyon avrodur.

Litva İsveçin "Bofors" konserninin istehsalı olan L-70 avtomatik zenit silahlarını və sovet istehsalı olan helikopterləri Ukraynaya təhvil verəcək.