Macarıstan rusiyalı oliqarxlara qarşı sanksiyaların ləğvinə çalışır – SİYAHIDA 9 NƏFƏRİN ADI VAR

18/01/2023 - 12:39

Macarıstan hələ də rusiyalı oliqarxlar Əlişir Usmanov, Pyotr Aven və Viktor Raşnikov da daxil olmaqla doqquz rusiyalının ümumavropa sanksiyalarından çıxmasına çalışır.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Qeyd edək ki, Macarıstan sonuncu dəfə sentyabrda yuxarıda adları çəkilən “üçlüyü” sanksiyalardan çıxarmağa çalışsa da, siyasi təzyiqlər sonrası tez geri çəkildi.

Lakin sanksiyalar mart ayınadək uzadıldıması məsələsinə baxıldıqda, Macarıstanın razılığı yenidən tələb olunacaq. Məlumatlı mənbələr jurnalistlərə bildiriblər ki, Budapeşt yenidən 9 rusiyalını sanksiyalardan geri çəkmək istəyir.

Belə ki, Macarıstan Usmanovun bacısı Gülbahor İsmayılova, oliqarxlar Mixail Fridman, Qriqori Berezkin, Vyaçeslav Moşe Kantor, Dmitri Mazepin və onun oğlu Nikitaya qarşı sanksiyaları ləğv etməyə çalışır.

Qafqaz.media