Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb

07/09/2024 - 15:59

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56