Maşın toqquşmadan sonra obyektə çırpıldı, xəsarət alanlar var - Fotolar

13/05/2024 - 10:19

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki avtomobilin toqquşduğu hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar - 1996-cı il təvəllüdlü Sənan Verdiyev, 1997-ci il təvəllüdlü Bəylər Ələkbərov və 2002-ci il təvəllüdlü Fatma Əsədova xəstəxanaya yerləşdirilib.

Hadisə vaxtı avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı obyektə çırpılıb və tikiliyə də ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ