Mask Twitter istifadəçilərindən Davos Forumunun dünyanı idarə etməli olub-olmadığını soruşdu – QISA MÜDDƏTDƏ 1 MİLYON SƏS VERİLDİ…

19/01/2023 - 10:02

Məşhur milyarder İlon Mask sahibi olduğu “Twitter” şəbəkəsində istifadəçilərdən Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) dünyaya hakim olub-olmaması barədə fikir bildirmələrini istəyib.

Qafqaz.media xəbər verir ki, Maskın fikrincə, forum “insanların istəmədiyi şəkildə getdikcə seçilməmiş dünya hökumətinə çevrilir”.

Qeyd edək ki, bu gün axşama qədər davam edəcək səsvermədə artıq 1 milyondan çox istifadəçi iştirak edib.

Çərşənbə axşamı “Associated Press” təşkilatçılardan birinə istinadən Maskın Davosa dəvət olunmadığını bildirib və əlavə edib ki, “Tesla”, “SpaceX” və “Twitter”-in rəhbərinə dəvət sonuncu dəfə 2015-ci ildə göndərilib.

Maskın özü daha əvvəl yazmışdı ki, o, Davosda keçiriləcək foruma dəvətdən imtina etdi. Səbəb olaraq qeyd edib ki, orada “şeytan intriqalar toxuyur”.

Qafqaz.media